Bakı. Trend:
ABŞ dövlət katibi Reks Тиллерсон Almaniya, Meksika və Kanada XİN-in başçıları ilə danışıqlar aparıb.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ xarici siyasət idarəsindən bildiriblər ki, Tillerson Vaşınqtonda Almaniyanın vitse-kansler və xarici işlər naziri Ziqmar Qabriellə görüşüb.
Tillerson, həmçinin, Meksika və Kanadanın xarici işlər nazirləri ilə telefon danışığı aparıb.