Bakı. Trend:
Ukraynada 5,5 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Odessa bölgəsində, ocağı isə 4 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə hələ məlumat yoxdur.