Bakı. Trend:
Rusiya təyyarələrinin türk hərbçilərinə zərbə endirməsi “qəsdən törədilməmiş” bir hadisədir.
Trend bildirir ki, bu sözləri Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.
O, bu insidentin yanlış koordinasiya nəticəsində baş verdiyinin ehtimal olunduğunu deyib.
Kurtulmuş bildirib: “İlkin məlumatlara görə, bu koordinasiya səhvidir. Hazırda biz bu səhvin necə baş verdiyini araşdırırıq”.