Bakı. Trend:
Yaponiyada paytaxt Tokionun yaxınlığında yerləşən Tatikava şəhərində 7 məktəbdən olan 800 uşaq qidadan zəhərlənib.
Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, məlumata görə, uşaqlar qarın ağrıları və ürəkbulanma ilə şikayət ediblər.
Uşaqlardan 5-i hospitala yerləşdirilib.
İlkin məlumatlara görə, uşaqlar məktəbdə nahar yeməyindən zəhərləniblər.
Faktla bağlı araşdırmalar aparılır.