Bakı. Trend:
"Əl-Babdakı mübarizə üslubumuz necə idisə, Rakkada da elə olacaq. Bölgədə "Azad Suriya Ordusu"na dəstək verən hərbi qüvvələrimiz Rakkadakı əməliyyatlara da dəstək verəcəklər".
Trend-in məlumatına görə, bunu Münxen Təhlükəsizlik Konfransının son günündə jurnalistlərə açıqlamasında Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
B.Yıldırım ABŞ-ın İŞİD terror qruplaşması ilə mübarizəsinə də toxunub:
"Bunların "PKK-nın qohumu" dedikləri, bizim isə "şöbəsi, eynisi" dediğimiz PYD/YPG ünsürləri ilə İŞİD-ə qarşı mübarizə doğru addım deyil. Bir terror təşkilatı ilə başqa bir terror təşkilatını məhv etməyə çalışmaq yanlış qərardır. Bu işi strateji tərəfdaşlığa, NATO tərəfdaşlığına uyğun şəkildə görmək lazımdır".
Baş nazir qeyd edib ki, Əl-Bab nəzarət altındadır: "Ərazidə təmizlik işləri aparılır, lakin çətinliklər var. Bütün şəhərin altında tunellər, partlayıcı qurğular var".