...

Türkiyədə RF səfirinin qətli işi ilə bağlı rus qadın saxlanıldı

Dünya xəbərləri Materials 6 Mart 2017 10:42 (UTC +04:00)
Bundan əvvəl A.Karlovun qətlə yetirilməsi işi üzrə ikisi polis əməkdaşı olmaqla 3 nəfər saxlanılıb.
Türkiyədə RF səfirinin qətli işi ilə bağlı rus qadın saxlanıldı

Ankara. Atilla Caner - Trend:

Türkiyədə Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun qətlə yetirilməsi işi üzrə 33 yaşlı RF vətəndaşı saxlanılıb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılan Yekaterina B.-nin qatillə yaxın əlaqəsi olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Bundan əvvəl A.Karlovun qətlə yetirilməsi işi üzrə ikisi polis əməkdaşı olmaqla 3 nəfər saxlanılıb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki sabiq səfəri A.Karlov ötən il dekabrın 19-da Ankarada fotosərgidə çıxışı zamanı güllələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti