Bakı. Trend:
Pakistanda son 19 il ərzində ilk dəfə əhalinin siyahıya alınmasına başlanılıb.
Trend-in məlumatına görə, siyahıyaalma 9 il əvvəl keçirilməli idi, lakin hər dəfə təxirə salınırdı.
Sonuncu siyahıyaalma 1988-ci ildə keçirilib, həmin vaxt ölkədə rəsmi olaraq 132 milyon nəfər yaşayırdı. Bununla yanaşı, Dünya Bankının məlumatına əsasən, 2015-ci ildə ölkə əhalisinin sayı 189 milyon nəfər təşkil edib.