...

Beyrutu etiraz aksiyaları bürüyüb

Dünya xəbərləri Materials 19 Mart 2017 18:13 (UTC +04:00)
Beyrutu etiraz aksiyaları bürüyüb.
Beyrutu etiraz aksiyaları bürüyüb

Bakı. Trend:

Beyrutu etiraz aksiyaları bürüyüb. Trend-in məlumatına görə, etiraza səbəb ölkədə hökumətin yeni vergilər tətbiq etmək planları olub.

Yüzlərlə nümayişçi paytaxt küçə və meydanlarına çıxaraq hökuməti bu addımdan çəkinməyə səsləyən şüarlar səsləndirib.

Etiraz aksiyasında iştirak edənlər və ölkə əhalisinin əksəriyyəti bu fikirdədir ki, yeni tətbiq ediləcək vergilər az təminatlı təbəqənin yaşayışını daha çox ağırlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti