...

Türkiyə Şimali Koreyanın aktivlərini donduracaq

Dünya xəbərləri Materials 24 Mart 2017 07:20 (UTC +04:00)
Türkiyənin Nazirlər Kabineti BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalar siyahısına salınan fiziki və hüquqi şəxslərin gəlirləri, maliyyə vəsaitləri və başqa aktivləri donduracaq
Türkiyə Şimali Koreyanın aktivlərini donduracaq

Bakı. Trend:

Türkiyənin Nazirlər Kabineti BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalar siyahısına salınan fiziki və hüquqi şəxslərin gəlirləri, maliyyə vəsaitləri və başqa aktivləri donduracaq.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti BMT Təhlükəsizlik Şurasının № 1718, 1874, 2087, 2094, 2270 və 2321 qətnamələri çərçivəsində və Türkiyə XİN-nin 2017-ci ilin yanvar ayının 9-u tarixli müraciəti əsasında müvafiq qərar qəbul edib.

Xəbərdə deyilir ki, həmçinin BMT Təhlükəsizlik Şurasının sanksiyaları altına düşən şəxslərə Türkiyəyə giriş qadağan olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti