...

Yaponiya sahillərində zəlzələ baş verib

Dünya xəbərləri Materials 25 Mart 2017 05:00 (UTC +04:00)
Yaponiyanın Okinava prefekturasının sahilinin yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib
Yaponiya sahillərində zəlzələ baş verib

Bakı. Trend:

Yaponiyanın Okinava prefekturasının sahilinin yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Yaponiya meteoroloji agentliyi məlumat yayıb.

Zəlzələnin ocağı 90 km dərinlikdə yerləşib. Episentri Okinava şəhərindən 85 km şimal-qərbdə olub. Sunami təhlükəsinin olmadığı bildirilir.

Xəsarət alanlar barədə məlumat və dağıntı yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti