...

Bəhreyndə hökümətə hücum planlaşdıran 14 terrorçu saxlanılıb

Dünya xəbərləri Materials 27 Mart 2017 03:02 (UTC +04:00)
Bəhreyn hökuməti bildirib ki, ölkənin yüksək vəzifəli şəxslərinin üzərinə hücum planlaşdıran 14 nəfərlik terrorçu qrupunun üstünü açıb
Bəhreyndə hökümətə hücum planlaşdıran 14 terrorçu saxlanılıb

Bakı. Trend:

Bəhreyn hökuməti bildirib ki, ölkənin yüksək vəzifəli şəxslərinin üzərinə hücum planlaşdıran 14 nəfərlik terrorçu qrupunun üstünü açıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən bu haqda Röyter agentliyi xəbər verib.

Məlumata görə, qruplaşmanın üzvlərinin fevralın sonunda beş hüquq-mühafizə orqanı əməkdaşının xəsarət aldığı polis avtobusuna hücumla əlaqəsi ola bilər.

Bəhreyn xəbər agentliyi məlumat verir ki, ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına əsasən qruplaşmaya biri ABŞ-ın "beynəlxalq terrorçu" elan etdiyi şəxs olmaqla 2 nəfər başçılıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti