Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 22:05-də yayılıb)
Bakı. Trend:
Ermənistan polisinə parlament seçkilərində səsvermə zamanı 176 qanun pozuntusu barəsində xəbər verilib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 176 xəbərdən 32-i araşdırılmaya yönəldilib, 121-i üzrə materiallar hazırlanır və yoxlama aparılır.
XXX
22:05
Ermənistan polisinə parlament seçkilərində səsvermə zamanı 153 qanun pozuntusu barəsində xəbər verilib.
Trend-in "panarmenian.net" saytına istinadən verdiyi məlumata görə, 153 xəbərdən 21-i araşdırılmaya yönəldilib,54-ü üzrə materiallar hazırlanır, 62-si yoxlama mərhələsindədir, 16-sı isə yoxlama nəticəsində təsdiqini tapmayıb.