...

Fransa baş konsulunun köməkçisi də şar qəzasının qurbanı oldu

Dünya xəbərləri Materials 10 Aprel 2017 14:01 (UTC +04:00)
Türkiyənin Nevşehir şəhərində hava şarının qəzaya uğraması nəticəsində həlak olan Fransa vətəndaşı bu ölkənin Türkiyədəki baş konsulunun köməkçisi olub
Fransa baş konsulunun köməkçisi də şar qəzasının qurbanı oldu

Bakı. Trend:

Türkiyənin Nevşehir şəhərində hava şarının qəzaya uğraması nəticəsində həlak olan Fransa vətəndaşı bu ölkənin Türkiyədəki baş konsulunun köməkçisi olub.

Trend-in məlumatına görə, onun meyiti artıq Ankaraya çatdırılıb.

Qeyd edək ki, ötən gün Türkiyənin Kappadokiya turizm bölgəsində turistləri daşıyan hava şarı eniş edən zaman elektrik dirəyinə çırpılaraq qəzaya uğrayıb.

Hadisə zamanı hava şarında 20 nəfər olub. Qəza nəticəsində 1 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti