Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə 4 namizəd ilə görüşəcək.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin mətbuat katibi Şon Spayser deyib.
Spayserin sözlərinə görə, namizədlər arasında sabiq müstəqil ABŞ senatoru Co Liberman və FTB-nun direktoru vəzifəsinin icraçısı Endyu Makkeybdə var.
Qeyd edək ki, Tramp sabiq FTB-nun direktoru Ceyms Komini ötən həftə səlahiyyətlərini yerinə yetirə bilməməyi səbəbi ilə vəzifəsindən uzaqlaşdırıb.