Bakı. Trend:
Tayvan adasının cənubunda Pindun şəhərində qocalar üçün tibbi-reabilitasiya mərkəzində yanğın nəticəsində dörd nəfər ölüb, daha 55 nəfər xəsarət alıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda CNA agentliyi xəbər verir.
Təcili xidmətlərin məlumatına görə, yanğın mayın 19-u səhər baş verib, dörd nəfər diri-diri öz yataqlarında yanıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir. Xəsarət alanların əksəriyyətində dəm qazından zəhərlənmənin əlamətləri müşahidə olunur.
Yanğının başvermə səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.