Bakı. Trend:
Odessa vilayətinin sabiq rəhbəri Mixeil Saakaşvili Ukraynada rəhbərliyi dəyişmək niyyətində olduğunu bəyan edib.
Trend-in məlumatına görə, M.Saakaşvili Ukrayna Prezidenti Petro Poroşenko ilə qarşıdurmasının sonuncu üçün pis nəticələnəcəyini bildirib.
Qeyd edək ki, mayın 30-da M.Saakaşvilinin yüzlərlə tərəfdaşı Ukrayna Ədliyyə Nazirliyi qarşısında mitinq keçiriblər.