...

Prezident "Taliban"a "son şans" verdi

Dünya xəbərləri Materials 6 İyun 2017 13:16 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani bəyan edib ki, "Taliban" radikal hərəkatının döyüşçülərinin sülhə razılaşmaq üçün "son şansı" var.

Trend-in məlumatına görə, Əfqanıstan paytaxtında 21 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən "Kabul prosesi" beynəlxalq konfransında çıxış edən dövlət başçısı deyib:

"Biz sülhün bərqərar olması üçün şans veririk, lakin bu, müddətsiz təklif deyil. Vaxt bitir, bu, son şansdır. Bundan istifadə edin, ya da aqibətinizi gözləyin".

Qeyd edək ki, bu gün paytaxt Kabulda naməlum şəxslər tərəfindən "yaşıl zona" adlanan, NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasının mənzil-qərargahının yerləşdirdiyi rayona mərmi atılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti