...

İndoneziya adalarını sayacaq

Dünya xəbərləri Materials 20 İyun 2017 22:48 (UTC +04:00)

Bakı. Trend:

İndoneziya öz ərazisinin və ehtiyatlarının daha səmərəli müdafiəsi üçün adaların sayımını həyata keçirmək niyyətindədir.

Trend-in məlumatına görə, 1996-cı ildə qəbul edilmiş qanuna görə, ölkədə adaların sayı 17508-ə bərabərdir.

Lakin bu rəqəm təxminidir və BMT tərəfindən təsdiq edilməyib.

Məlumatda qeyd olunur ki, adaların sayımının avqust ayında baş tutacaq BMT-nin coğrafi adların standartlaşdırılması üzrə konfransınadək başa çatması planlaşdırılır.

Qeyd edək ki, 2012-ci ildə keçirilmiş konfransda İndoneziya 13466 adanı qeydiyyata almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti