...

Seneqal Qətərdəki səfirini geri çağırdı

Dünya xəbərləri Materials 7 İyun 2017 18:31 (UTC +04:00)
Seneqal Qətərdəki səfirini geri çağırdığını elan edib
Seneqal Qətərdəki səfirini geri çağırdı

Bakı. Trend:

Seneqal Qətərdəki səfirini geri çağırdığını elan edib.

Trend-in məlumatına görə, bu barədə Seneqal Xarici İşlər Nazirliyi bəyanat verib.

Səfirin məsləhətləşmələr üçün geri çağırıldığı bildirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Mavrikiy və Qəmər adaları da qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti