...

Tereza Mey istefa vermək niyyətində deyil

Dünya xəbərləri Materials 9 İyun 2017 11:18 (UTC +04:00)
Böyük Britaniyanın Baş naziri Tereza Mey istefa vermək niyyətində deyil.
Tereza Mey istefa vermək niyyətində deyil

Trend-i buradan izləyin

Bakı. Trend:

Sədrlik etdiyi hakim Mühafizəkarlar Partiyası növbədənkənar seçkilərin yekunu üzrə parlament çoxluğunu itirsə də, Böyük Britaniyanın Baş naziri Tereza Mey istefa vermək niyyətində deyil.

Trend-in məlumatına görə, iyunun 8-də keçirilmiş seçkilərin yekunu üzrə Mühafizəkarlar Partiyası parlament çoxluğundan məhrum olub. Belə ki, hakim partiya İcmalar Palatasında 315 yer, leyboristlər isə 261 mandat əldə edib.

Britaniya parlamentinin İcmalar Palatasında cəmi 650 yer var. Parlament çoxluğuna malik olmaq üçün partiyaya 326 mandat qazanmaq lazımdır. Bundan əvvəl mühafizəkarlar 330 yerə sahib idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti