Bakı. Trend:
Bu gün Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində yeni üzvlərin təşkilata qəbul olunması məsələsinə baxılıb. Trend-in məlumatına görə, Hindistan və Pakistan təşkilata yeni üzv qəbul olunublar. Bu barədə qərarı təşkilatda təmsil olunan iştirakçı dövlətlərin rəhbərləri imzalayıblar.
Qeyd edək ki, ötən gün işinə başlayan sammitdə regional təhlükəsizlik məsələləri də müzakirə olunacaq.