Bakı. Rufiz Hafizoğlu - Trend:
Ankarada yeni tikilməkdə olan xəstəxana binasında yanğın baş verib. Trend-in məlumatına görə, hazırda yanğın baş vermiş tikilidə fəhlələrin təxliyyə edilməsi istiqamətində təcili tədbirlər aparılır.
Son məlumata görə, bir neçə fəhlə tüstüdən zəhərlənib.
Yanğının baş vermə səbəbləri məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadası cəlb olunub.