...

Almanların qorxduqları - Qlobal istiləşmə, qaçqın axını, işsizlik və SİYAHI

Dünya xəbərləri Materials 14 Avqust 2017 22:47 (UTC +04:00)
İqlim dəyişikliyi, yeni müharibələr və terror aktları hazırda Almaniya sakinlərinin əsas qorxularıdır
Almanların qorxduqları - Qlobal istiləşmə, qaçqın axını, işsizlik və SİYAHI

Bakı. Trend:

İqlim dəyişikliyi, yeni müharibələr və terror aktları hazırda Almaniya sakinlərinin əsas qorxularıdır. Trend-in məlumatına görə, bu, yeni rəy sorğusu nəticəsində məlum olub.

Rəy sorğusuna əsasən, almanların 71 faizi qlobal istiləşməni başlıca təhlükə mənbəyi hesab edir. 65 faiz respondent yeni müharibələrdən, 63 faiz terror aktlarından qorxduğunu ifadə edib.

"Qorxu reytinqi"ndə növbəti sıralarda cinayət (62%), qocalıq zamanı yoxsulluq (59%), qaçqın axını (45%) və işsizlik (33%) yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti