...

Türkiyədə Bodrumda 5,1 bal gücündə zəlzələ

Dünya xəbərləri Materials 8 Avqust 2017 12:45 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin cənub-qərbindəki Bodrum kurort şəhəri yaxınlığında Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlarla əlaqədar sakinlər yaşayış yerlərini tərk etməli olub.

Zəlzələnin episentri yerin 11 kilometr dərinliyində qeydə alınıb.

Hadisə nəticəsində itkilər və dağıntıların olmadığı barədə məlumat verilir.

Xatırladaq ki, bu bölgədə bir neçə həftə əvvəl 6,6 bal gücündə zəlzələ baş vermiş, nəticədə iki nəfər həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti