...

İstanbul səhəri yenə reydlərlə açdı

Dünya xəbərləri Materials 9 Avqust 2017 08:52 (UTC +04:00)
İstanbul polisi yenidən narktotacirlərə qarşı əməliyyatları bərpa edib
İstanbul səhəri yenə reydlərlə açdı

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbul polisi yenidən narktotacirlərə qarşı əməliyyatları bərpa edib. Trend-in məlumatına görə, bu barədə şəhər Polis İdarəsinin yaydığı xəbərdə bildirilib.

Məlumata görə, əməliyyatlarla bağlı reydlər İstanbulun bir neçə rayonunda keçirilir.

Reydlər çərçivəsində artıq saxlanılanların olması barədə bildirilib.

Xatırladaq ki, sonuncu dəfə avqustun 3-də İstanbulda narkotacirlərə qarşı əməliyyat çərçivəsində 17 nəfər saxlanılmışdı.

Qeyd edək ki, bir qədər öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin güc strukturlarını narkomaniyaya qarşı mübarizəni gücləndirməyə çağırmışdı.

Ölkə lideri bildirmişdi ku, ölkə gənclərinə qarşı yönəlmiş terror və narkomaniya arasında heç bir fərq yoxdur.

Ərdoğan demişdi: "Hamı narkomaniya ilə mübarizə aparmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti