...

İraqın Baş naziri: Ərbilin müstəqilliyi haqqında referendum regionda xaos yaradacaq

Dünya xəbərləri Materials 16 Avqust 2017 18:12 (UTC +04:00)
İraqın Kürd muxtariyyətində müstəqillik haqqında referendum regionda xaosa səbəb olacaq
İraqın Baş naziri: Ərbilin müstəqilliyi haqqında referendum regionda xaos yaradacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

İraqın Kürd muxtariyyətində müstəqillik haqqında referendum regionda xaosa səbəb olacaq.

Trend-in məlumatına görə, bunu İraqın Baş naziri Heydər əl-Abadi bəyan edib.

O qeyd edib ki, referendum İraqın dövlət sərhədlərinin dəyişdirilməsi deməkdir, bu isə ölkə üçün qəbuledilməzdir.

Baş nazirin sözlərinə görə, Ərbilin müstəqilliyi haqqında referendum birtərəfli qaydada keçirilə bilməz.

Qeyd edək ki, Şimali İraq Kürd muxtariyyətinin müstəqilliyi barədə referendum sentyabrın 25-ə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti