...

İspaniya sahillərində 600-ə yaxın migrant xilas edilib

Dünya xəbərləri Materials 17 Avqust 2017 00:21 (UTC +04:00)
İspaniya sahil mühafizəsi sutka ərzində 15 qayıqda ölkə sərhədinə çatmaq istəyən miqrantı xilas edib
İspaniya sahillərində 600-ə yaxın migrant xilas edilib

Bakı. Trend:

İspaniya sahil mühafizəsi sutka ərzində 15 qayıqda ölkə sərhədinə çatmaq istəyən miqrantı xilas edib.

Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, İspaniya sahil mühafizənin nümayəndəsi bildirib ki, bu yay İspaniyaya çox sayda miqrantlar gəlir.

Onun sözlərinə görə, miqrantları səhər saatlarında xilas ediblər.

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, bu il avqust ayının 9-na qədər İspaniyaya 8,3 mindən artıq miqrant keçib və azı 121 miqrant dənizdə batıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti