Bakı. Trend:
Livan kəşfiyyatı Avstraliyadan Birləşmiş Ərəb Əmirliyinə uçan təyyarədə planlaşdırılan terror aktının qarşısını alıb.
Trend-in məlumatına görə, bu barədə Livanın daxili işlər naziri Nuhad Maşnuk mətbuat konfransında deyib. O, bildirib ki, təhlükəsizlik qüvvələri Əbu-Dabiyə uçan təyyarənin bortunda baş verəcək partlayışın qarşısını alıblar.
Onun sözlərinə görə, terror aktı Tarik Həyat adlı livanlı terrorçu və daha 4 nəfər tərəfindən hazırlanıbmış.