Bakı. Trend:
NATO-nun baş katibi Yens Stoltenberq Varşavada avtomobil qəzasına düşüb.
Trend-in yerli polisinə istinadən verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsində hökumətin mühafizəsinin təşkil edən büronun avtomobilləri istirak edib.
Avtomobilin birində Yens Stoltenberqin olduğu bildirilir.
Qeyd edilir ki, qəzada ikisi polis olmaqla dörd nəfər xəsarət alıb.