...

Britaniyada ağır yol qəzası: 8 ölü, 4 yaralı

Dünya xəbərləri Materials 27 Avqust 2017 02:32 (UTC +04:00)
Böyük Britaniyanın mərkəzi avtomobil yollarından birində 2 yük maşını və mikroavtobus toqquşub
Britaniyada ağır yol qəzası: 8 ölü, 4 yaralı

Bakı. Trend:

Böyük Britaniyanın mərkəzi avtomobil yollarından birində 2 yük maşını və mikroavtobus toqquşub.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 8 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

Məlumata əsasən, toqquşma Londondan 80 kilometr şimal-qərbdə yerləşən Nyuport-Paqnel şəhərinin yaxınlığında baş verib. Yük maşınlarının sürücüləri polislər tərəfindən saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti