...

Yamaykada dünyanın ən yaşlı insanı dünyasını dəyişib

Dünya xəbərləri Materials 16 Sentyabr 2017 08:50 (UTC +04:00)

Bakı. Trend:

Yamaykada dünyanın ən yaşlı insanı 117 yaşlı Vayolet Moss Braun dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Yamaykanın baş naziri Endyu Holness öz "Twitter" hesabında yazıb.

Qeyd edək ki, Vayolet Moss Braun 2017-ci ilin aprel ayında dünyanın ən yanşlı insanı olub. O, 1900-cü ilin 10 mart tarixində dünyaya gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti