Bakı. Trend:
Türkiyə Suriya ilə sərhədə hərbi texnika göndərməyə davam edir.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu gün Kırklareli əyalətindən Hatay əyalətinə 80 ədəd zirehli texnika dəmir yolu vasitəsi ilə göndərilib.
Qeyd edək ki, Türkiyənin müdafiə naziri iyul ayında bildirib ki, Afrina regionundan Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaranarsa, Ankara hərbi əməliyyat keçirilməsini istisna etmir.