Bakı. Trend:
Əfqanıstanın Qəzni əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum edilib.
Trend-in məlumatına görə, hücum nəticəsində 5 polis əməkdaşı həlak olub, daha 8 nəfər yaralanıb.
Hadisə yerinə cəlb olunan əlavə qüvvələr hücumun qarşısını alıb.
Silahlıların zərərsizləşdirildiyi məlumat verilsə də, onların sayı açıqlanmayıb.
Hücumu “Taliban” qruplaşması həyata keçirib.