...

İtaliyada G7 iclasına qarşı etirazlar

Dünya xəbərləri Materials 29 Sentyabr 2017 17:54 (UTC +04:00)
İtaliyanın Turin şəhərində tələbələr G7 ölkələri nazirlərinin iclası ilə əlaqədar etiraz aksiyası keçirib
İtaliyada G7 iclasına qarşı etirazlar

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın Turin şəhərində tələbələr G7 ölkələri nazirlərinin iclası ilə əlaqədar etiraz aksiyası keçirib.

Trend-in məlumatına görə, aksiya zamanı polislə toqquşmalar qeydə alınıb.

Etirazçılar nazirlərin qaldığı hotelə doğru hərəkət etmək istəyərkən polis onların qarşısını alıb. Aksiya ilə əlaqədar iki nəfər saxlanılıb.

Qeyd edək, ki Turində 29-30 sentyabr tarixlərində G7 ölkələrinin əmək nazirlərinin sammiti keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti