Bakı. Trend:
İŞİD terror qruplaşması Fransanın Marsel şəhərindəki dəmiryolu vağzalında iki qadının ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti üzərinə götürüb. Bu barədə Trend xarici KİV-lərə istinadən xəbər verir.
Xatırladaq ki, dünən bıcaqla silahlanan şəxs Marsel şəhərində insanlara hücum edib, nəticədə 2 qadın dünyasını dəyişib. Hücum edən şəxs güllələnib.