...

“Air Berlin” oktyabrın 28-dən bütün uçuşlarını dayandırır

Dünya xəbərləri Materials 9 Oktyabr 2017 16:59 (UTC +04:00)
Almaniyanın ikinci ən böyük aviaşirkəti olan “Air Berlin” bu il oktyabrın 28-dən bütün uçuşlarını dayandıracaq
“Air Berlin” oktyabrın 28-dən bütün uçuşlarını dayandırır

Bakı. Trend:

Almaniyanın ikinci ən böyük aviaşirkəti olan “Air Berlin” bu il oktyabrın 28-dən bütün uçuşlarını dayandıracaq.

Trend-in məlumatına görə, bir müddət əvvəl müflisləşmə prosedurunu işə salmış şirkətin satışı ilə bağlı danışıqlar yaxın günlərdə başa çatacaq.

Bununla belə, “Air Berlin”in törəmə şirkətləri “Niki” və “LG Walter”in aviadaşımaları davam edəcək.

Qeyd edək ki, “Air Berlin”in satın alınması ilə bağlı “Lufthansa” və “EasyJet” şirkətləri ilə danışıqlar aparılır. Şirkətin satışı 250-350 milyon gəlir gətirə bilər.

Xəbər lenti

Xəbər lenti