Bakı. Trend:
Misirdə, Sinay yarımadasının şimalında terrorçular nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində güc strukturları arasında ölənlər və yaralananlar olub, onların sayı açıqlanmır.
Məlumata əsasən, terrorçuların saxlanılması üçün xüsusi əməliyyat keçirilir.
Qeyd edək ki, ötən cümə günü Misirin əl-Ariş şəhərində terrorçuların hücumu nəticəsində 6 hərbçi həlak olub, bir neçəsi isə yaralanıb.