...

Sepah: İran ballistik raket istehsalını sürətləndirəcək

Dünya xəbərləri Materials 19 Oktyabr 2017 15:13 (UTC +04:00)
ABŞ-ın təzyiqləri fonunda İranın raket proqramının inkişafı sürətləndiriləcək.
Sepah: İran ballistik raket istehsalını sürətləndirəcək

Bakı. Trend:

ABŞ-ın təzyiqləri fonunda İranın raket proqramının inkişafı sürətləndiriləcək.

Trend-in məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) bəyanatında deyilir.

Qeyd olunur ki, "Sepah" regionda təsirini gücləndirməyə çalışır və İranın ballistik raketlərin yaradılması üzrə proqramını daha sürətlə inkişaf etdirəcək.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana münasibətdə yeni strategiyasının icrasına "Sepah"a qarşı sərt sanksiyaların tətbiqi ilə başlanacağını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti