Bakı. Trend:
Türkiyənin Baş naziri Binəli Yıldırım Ankara meri İbrahim Melik Gökçeki istefa verməyə çağırıb.
Trend-in məlumatına görə, B.Yıldırım İ.Gökçekin hökumətin tələbini yerinə yetirəcəyinə ümid etdiyini bildirib.
Bu tələbin səbəbi barədə məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti də meri istefaya getməyə çağırmışdı.