...

İspaniyadan İtaliyaya gələn avtobusda 800 kq narkotik tapıldı

Dünya xəbərləri Materials 24 Oktyabr 2017 13:43 (UTC +04:00)
İtaliyanın Neapol şəhəri yaxınlığında polis avtobusda 800 kiloqram narkotik vasitə aşkar edib
İspaniyadan İtaliyaya gələn avtobusda 800 kq narkotik tapıldı

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın Neapol şəhəri yaxınlığında polis avtobusda 800 kiloqram narkotik vasitə aşkar edib.

Trend-in məlumatına görə, ilkin araşdırmalar əsasında belə qərar verilib ki, narkotik vasitələrlə yüklənmiş avtobus İspaniyadan yola salınıb.

Məlumata görə, uzun məsafə qət edən avtobus yalnız Neapol yaxınlığında polislərin şübhəsinə səbəb olub, dayandırılıb. Avtobusda axtarış aparılıb.

Hadisə ilə əlaqədar avtobusda olan 4 nəfər də saxlanılıb.

Xəbər lenti

Xəbər lenti