...

Saturnun peykində həyat mövcud ola bilər

Dünya xəbərləri Materials 10 Noyabr 2017 23:32 (UTC +04:00)
Bir qrup astronom Saturnun peyklərindən biri Enseladada həyat üçün bütün şərtlərin ola biləcəyini müəyyən edib
Saturnun peykində həyat mövcud ola bilər

Bakı. Trend:

Bir qrup astronom Saturnun peyklərindən biri Enseladada həyat üçün bütün şərtlərin ola biləcəyini müəyyən edib.

Trend-in məlumatına görə, aparılan tədqiqatlar göstərib ki, Saturnun peykində hidrotermal fəaliyyət mövcuddur.

Bu proses su ilə peykin nüvəsi arasındakı qabarma sürtünməsi nəticəsində yaranır. Bu isə öz növbəsində mümkün canlı orqanizmləri zəruri enerji ilə təmin etmək gücünə malikdir.

Qeyd edək ki, Enselada peykində 25 kilometrədək buz qatı ilə örtülmüş nəhəng duzlu okean mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti