Ərdoğan: Soçidə danışıqların əsas mövzusu Suriya böhranı olacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:
Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin görüşündə danışıqların əsas mövzusu Suriya böhranının nizamlanması olacaq.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, o cümlədən tərəflər Suriyanın İdlib və Afrin şəhərlərindəki vəziyyəti müzakirə edəcəklər:
"Suriya münaqişəsinin nizamlanması bütün tərəflərin marağındadır".
Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib (YENİLƏNİB)
Xatırladaq ki, R.T.Ərdoğan noyabrın 13-də Soçidə RF Prezidenti ilə görüşüb.