Bakı. Trend:
ABŞ hakimiyyəti Suriyanın şimalında "İslam dövləti" terror qruplaşmasının məhv olunmasından sonra da ölkədə öz hərbi iştirakını qoruyub saxlamaq niyyətindədir.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda The Washington Post qəzet xəbər verib.
Məlumata görə, ABŞ hərbi iştirakın saxlanılmasına səbəb İranın dəstəklədiyi hökumət qoşunları tərəfindən ölkəyə nəzarətin bərpasına yol verməməkdir.