...

Atlantik okeanı coşdu - 6,7 bal gücündə zəlzələ

Dünya xəbərləri Materials 30 Noyabr 2017 12:48 (UTC +04:00)
Atlantik okeanının mərkəzi hissəsində Rixter cədvəli ilə 6,7 bal gücündə zəlzələ baş verib
Atlantik okeanı coşdu - 6,7 bal gücündə zəlzələ

Bakı. Trend:

Atlantik okeanının mərkəzi hissəsində Rixter cədvəli ilə 6,7 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, ABŞ Geoloji Xidməti bu barədə xəbər yayıb.

Məlumata görə, zəlzələnin episentri okeanın 10 kilometr dərinliyində Braziliya ilə Qərbi Afrika arasında yerləşən regionda qeydə alınıb.

Təkanlar nəticəsində sunami təhlükəsi barədə hələ məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti