...

Əfqanıstanda 30 Taliban və İŞİD üzvü məhv edilib

Dünya xəbərləri Materials 3 Dekabr 2017 01:15 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanda İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələri endirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Nanqahar əyalətinə endirilən hava zərbələri nəticəsində 12 terrorçu məhv edilib

Bundan əlavə, Əfqanıstanın Qazni əyalətində təhlükəsizlik qüvvələri və Taliban üzvləri arasında toqquşma baş verib. Toqquşma nəticəsində 18 terrorçunu ölüb, 27-si isə yaralanıb. Toqquşmada 2 polis əməkdaşının öldüyü, 11-nin isə yaralandığı bildirilir.

Xəbər lenti

Xəbər lenti