...

Rusiyada aviareysin ləngiməsinə görə sərnişinlərə təzminat veriləcək?

Dünya xəbərləri Materials 8 Dekabr 2017 17:24 (UTC +04:00)
Rusiya Dövlət Dumasında təyyarələrin vaxtında uçuşa hazır olmamasına və reyslərin gecikməsinə görə aviaşirkətlərin cəzasının sərtləşdirilməsi təklif olunur.
Rusiyada aviareysin ləngiməsinə görə sərnişinlərə təzminat veriləcək?

Bakı. Trend:

Rusiya Dövlət Dumasında təyyarələrin vaxtında uçuşa hazır olmamasına və reyslərin gecikməsinə görə aviaşirkətlərin cəzasının sərtləşdirilməsi təklif olunur.

Trend-in məlumatına görə, yeni təkliflərə əsasən sərnişinlər 3 saatdan çox ləngimədən sonra biletlərin pulunu tam şəkildə geri tələb edə bilərlər.

Hazırkı qaydalara əsasən, sərnişinlər reysin ləngiməsi təqdirində bilet dəyərinin 50 faizədək məbləğini geri ala bilər.

Yeni təkliflərin parlamentdə nə zaman müzakirə olunacağı hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti