Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin yerli "Altay" tanklarının seriyalı istehsalına 2019-cu ilin birinci yarısında başlanılacaq.
Trend-in məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyi ilkin olaraq 500 ədəd tankın istehsal olunacağı barədə bildirib.
Xatırladaq ki, Türkiyə istehsallı "Altay" tankı ilk dəfə 2013-cü ilin iyulunda sınaqdan keçirilib. Sınağın nəticələri göstərib ki, tank qarşıya qoyulan tələblərə tam cavab verir.