Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə miqrantlar üçün tranzit ölkə deyil.
Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Baş nazir qeyd edib ki, artıq Türkiyə mühacirlər üçün sığınacağa çevrilib və onlar daha haradasa daldalanacaq axtarmırlar.
O bildirib ki, Avropa ölkələrindən fərqli olaraq Türkiyə miqrantların və qaçqınların problemlərini humanitar məsələ kimi qəbul edir.
B.Yıldırım əlavə edib ki, ölkəsi suriyalı qaçqınların yaşayışı üçün bütün zəruri şəraiti yaradıb.
Qeyd edək ki, hazırda Türkiyədə təqribən 3 milyon suriyalı qaçqın var, onların saxlanmasına təxminən 30 milyard dollar xərclənib.