...

Türkiyə Sudandan aldığı adada hərbi gəmilər üçün tərsanə tikəcək

Dünya xəbərləri Materials 27 Dekabr 2017 14:45 (UTC +04:00)
Türkiyə Sudanın Suakin adasında hərbi və mülki gəmilər üçün tərsanə tikəcək.
Türkiyə Sudandan aldığı adada hərbi gəmilər üçün tərsanə tikəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Sudanın Suakin adasında hərbi və mülki gəmilər üçün tərsanə tikəcək.

Trend-in məlumatına görə, tərsanə tikintisi ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sudana səfəri zamanı iki ölkə arasında imzalanmış sazişdən biridir.

Bundan əvvəl Sudan Prezidenti Ömər əl-Bəşir Suakin adasının Türkiyəyə 99 il müddətinə icarəyə verilməsi haqqında fərman imzalayıb.

Türkiyə Sudandan ada aldı

Türkiyə Sudandan ada aldı

Qeyd edək ki, R.T.Ərdoğan Sudana səfəri zamanı rəsmi Ankaranın adada irimiqyaslı yenidənqurma və bərpa işləri görməyə hazır olduğunu bəyan etmişdi.

Xatırladaq ki, Sudanın şimal-şərqində, Şərqi Afrika sahillərində yerləşən Suakin adası əsrlər boyu mühüm ticarət limanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti