...

Peruda avtobus dərəyə aşıb: 48 ölü (YENİLƏNİB)

Dünya xəbərləri Materials 3 Yanvar 2018 06:11 (UTC +04:00)
Peruda sərnişin avtobusunun yük maşını ilə toqquşub, daha sonra dərəyə aşması nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb
Peruda avtobus dərəyə aşıb: 48 ölü (YENİLƏNİB)

Bakı. Trend:

Peruda sərnişin avtobusunun yük maşını ilə toqquşub, daha sonra dərəyə aşması nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Comercio" qəzeti yazır.

XXX

03:13

Peruda sərnişin avtobusunun dərəyə aşması nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Perunun səhiyyə nazirliyinin "Twitter" hesabında deyilir.

Məlumatda bildirilir: "Pasamayoda baş verən (Uaral əyaləti) yol qəzası 36 nəfərin ölümü və 6 nəfərin yaralanmasına səbəb olub".

XXX

02:14

Peruda sərnişin avtobusu yük maşınə ilə toqquşub.

Trend-in məlumatına görə, toqquşmadan sonra avtobus 100 metr hündürlükdən dərəyə aşıb. Hadisə nəticəsində azı 25 nəfər həlak olub.

İnsident Perunun paytaxtı Lima şəhərindən 70 kilometr aralıda baş verib.

Məlumata əsasən, ölənlərin sayı arta bilər.

Xəbər lenti

Xəbər lenti